Baş Prokurorluq qanunsuz mərc oyunları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qurumun Mətbuat Xidmətindən Azadsöz.az-a verilən məlumata görə, xəbərdarlıqda deyilir: “Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun mətbuat xidməti vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunmasını qərara alıb”.