23 Noyabr 2024 20:56

Eldar Həsənova hökm oxundu

Azadsöz.az  xəbər  verir  ki, Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri – Cəlil Mirzəyev, Cavad Cavadov, Valeh Mehrəliyev və Adəm Məmmədov müdafiə çıxışlarında məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Daha sonra Eldar Həsənov son söz deyib. O, müdafiəçilərinin çıxışları ilə razı olduğunu bildirərək ədalətli hökm çıxarılmasını istəyib.

Hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər.

Müşavirədən sonra hökm elan olunub. Hökmə əsasən, Eldar Həsənov ittiham olunduğu maddələrlə təsirli bilinərək 10 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun İttiham İdarəsinin prokurorları Anar Nəsibov və Zəfər Ramazanov müdafiə edib. İttiham tərəfi Eldar Həsənova 11 il həbs cəzası tələb edib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul