Eldar Həsənovun əmlakları müsadirə edildi

Azadsöz.az  xəbər  verir  ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilən hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş aşağıdakı əmlakları müsadirə ediləcək:

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;

Nəsimi rayonunda yerləşən mənzil;

Nərimanov rayonunda yerləşən mağaza; Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;

Xətai rayonunda yerləşən fərdi yaşayış evi; Monteneqroda yerləşən mənzil.