Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanununun tətbiq edilməsi barədə 29 yanvar 2002-ci il tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, dövlət satınalmalarının vahid internet portalına elektron informasiya ehtiyatlarının inteqrasiya olunması ilə bağlı qurumlar müəyyənləşib.
Bunlar İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankıdır.