Azadsöz.az xəbər verir ki, 26 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Çayarxı kənd sakini Toğrul Siyavşah oğlu Hacıyev və Alpout kənd sakini Elvin Nizami oğlu Mikayılovun ildönümü məzarı önündə qeyd olunub.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputat Sabir Hacıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri düzüblər.
Həmçinin tədbirdə şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.