16 Sentyabr 2024 23:00

Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü başa çatıb

Azadsöz.az xəbər verir ki, Gürcütanda səfərdə olan Azərbaycaın müdafiə naziri general-polkovnik Zakir Həsənovun gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşü başa çatıb.

Görüşdə iki ölkənin Müdafiə Nazirlikləri arasında əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, bu münasibətlərin daha da dərinləşməsinin vacibliyi vurğulanıb.

Görüşün sonunda iki ölkə arasında müdafiə sahəsində əmədaşlıq planı imzalanıb.