04 May 2024 00:34

Fərqliliyimiz Uğurumuzdur

Millenium Turizm şirkəti “Naigin K Tovuz Baltiya” şirkətinin qonağı olub-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Millenium Turizm şirkətinin rəhbəri Ruslan Guliyev  və İsraildən gələn bir qrup şəxs “Naigin K Tovuz Baltiya” şirkətinin  qonağı olub.“Naigin K Tovuz Baltiya” şirkətinin icraçı direktoru Günel Məmmədhəsənova  qonaqlara şirkətdə  istehsal olunan müxtəlif şərab və şərab məhsullarının  bar-miksologiya sahəsində istifadə qaydası və mövcud olan potensialı haqqında geniş məlumat verib.Həmçinin qonaqlara şirkətin məhsullarından dadmağı təklif edib.

 “Made in Azerbaijan” markası ilə öz rəqabətə davamlı və keyfiyyətli məhsullarını beynəlxalq bazarlarda tanıdaraq, yüksək peşəkarlıqla satışını həyata keçirən “Naigin K Tovuz Baltiya” şirkəti ilə tanışlıq qonaqlarda  böyük  ruh yüksəkliyi  yaradıb.Görüşün  sonunda Millenium Turizm şirkətinin rəhbəri Ruslan Guliyev  və İsraildən gələn bir qrup şəxs göstərilən hörmət və diqqət  üçün şirkətin icraçı  direktoru Günel Məmmədhəsənova  təşəkkürünü  bildirib.Qonaqlar  Naigin K Tovuz Baltiya” şirkətinə  daxili  və  xarici  bazarda yüksək  alıcı  qüvvəsinin olmasını arzu ediblər.

Günel xanım Məmmədhəsənova  görüşlə  bağlı  fikirlərini  özünün sosial  hesabında  paylaşıb:

“ Dəyərli tərəfdaşımız Millenium Turizm şirkətinin rəhbəri Ruslan Guliyev bəyin Israildən gələn qonaqları bu gün bizim qonağımız oldular. Ruslan bəy təşəkkür edirik ölkəmizin qeyri neft sektoruna dəstək olduğunuz üçün.Gələn qonaqlarımız məhsullarımızın keyfiyyətindən razı qaldıqlarına əminik. Adımız Keyfiyyətimizdir!!  KarabakhisAzerbaijan” !!!.

Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 11 kişi, ayakta duran insanlar, iç mekan ve şunu diyen bir yazı 'BAYLOLK' görseli olabilir

Bir 1 kişi, ayakta ve iç mekan görseli olabilir

Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir