Azadsöz.az xəbər verir ki, 18 sentyabrda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalan Fərid Zakir oğlu Mövsümovun Göyçayda küçələrdən birinə adının verilməsi münasibətilə keçirilən tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin çıxışı iştirakçılarda böyük maraq kəsb edib.
Rayon rəhbəri bildirib ki, vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı bütöv Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci yaşadan şəhidlərimizi daim qəlbimizdə yaşadaq. Rayon rəhbəri mərasimdə çıxışında rayon ərazisində zəbt olunan torpaqların RİH-nə müraciət edən ikinci Qarabağ müharibəsi zamanı qazi olan rayon sakinlərinə verilməsi barədə sərəncam verdiyini, lakin bəzi adlarını müxalifət qoyub öz siyasi fəaliyyəti ilə özünə sosial şəbəkələrdə havadarlar tutan şəxslərin bu gün rayonda qara yaxma kampaniyası apardıqlarını diqqətə çatırıb.
Çıxışında bu gün Göyçay rayonunda Şəhid ailələrinə və Qarabağ qazilərinə dövlət tərəfindən hər cür şəraitin yaradıldığını vurğulayan icra başçısı son günlər bəzi xaricdə oturub erməni qrantları hesabına gün keçirdən respublikamız haqqında ləkə, böhtan, yalan və şər yağdıran blogerlərə üzünü tutaraq “Sizlər 44 gün ərzidə Ali Baş kamandanın rəhbərliyi ilə igidlərimizin qəhrəmanlığı sayəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad edən, qanları, canlararı bahasına şəhid olub, qazi olan gənclərimizin adından istifadə etməyin. Dövlətimiz qəhrəman şəhidinə və qazisinə hörmətlə yanaşır, daim diqqət mərkəzində olan vətəndaşları ilə fəxir edir.
Göyçay rayonunda da bu qayğı var və olacaq. Vətən müharibəsindən qayıdan igid qazilərimizin bir qrupu icra hakimiyyəti aparatına onlar üçün torpaq ayrılması barədə müraciət etmişdirlər. Komisiya yaradıldı şəhər ərazisində araşdırma aparıldı, məluma oldu ki, bir çox şəxslər ərazini hasarlayaraq zəbt etmişlər. Komisyanın iclası keçirilidi və qərar qəbu olunaraq, ərazi hasarlardan azad olunaraq müraciət edən qazilərə ayrıldı. Bundan sonra sosial şəbəkələrdə vətəndaşa məxsus olan torpağın hasarları söküldü və s. məlumatlar paylaşıldı. Rayon rəhbəri çıxışının sonunda bir daha şəhid ailələrinə və qazilərə qarşı həmişə diqqətli olacaqlarını və qayı ilə yanaşacaqlarını qeyd edib.