Azadsöz.az xəbər verir ki, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilib.
Maqsud Mahmudov aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyəti üzrə aparılmasını əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, M. Mahmudov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmişdi.