03 May 2024 20:14

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda küçələrdən birinə şəhidin adı verildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhidlik  zirvəsinə  ucalan Fərid Zakir oğlu Mövsümovun Göyçayda küçələrdən birinə adının verilməsi münasibətilə tədbir keçirilib.Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı, din xadimləri, şəhidin yaxınları, qazilər və digər şəxslər iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Şəhidlər Xiyabınına gedərək şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək  şəhidimizin keçdiyi  döyüş  yolundan, qəhrəmanlıq  əzmkarlığından danışıb.Vətən  müharibəsində  ordumuzun nəyə  qadir  olduğunu  diqqətə  çatdıran  rayon rəhbəri illər  keçsədə  şəhidlərimiz  gələcək  nəsillərə  əbədi  yaşar  tarix  qoyduqlarını  vurğulayıb.

Tədbirin  sonunda şəhidin yaxınları göstərilən diqqət və qayğıya görə,  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.

Xatırladaq  ki, oktyabrın 30-da torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fərid Mövsümov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

Bir 1 kişi, açık hava ve anıt görseli olabilir

Bir 5 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 2 kişi ve ayakta duran insanlar görseli olabilir

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Bir bir veya daha fazla kişi, ayakta duran insanlar ve yol görseli olabilir

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.