17 May 2024 15:18

Xalq artisti Sabir Əliyevin qəbirüstü abidəsi qoyulub – FOTO

Azadsöz.az xəbər verir ki, ötən ilin dekabrın 22-də koronavirusdan (COVID-19) vəfat edən Xalq artisti Sabir Əliyevin qəbirüstü abidəsi ucaldılıb. Abidənin müəllifləri heykəltəraşlar Mövsüm Təbrizli və Toğrul Ağayevdir.

Qeyd edək ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub.

Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 2005-ci ildə “Əməkdar artist”, 2017-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

Xalq artisti Sabir Əliyevin qəbirüstü abidəsi qoyulub - FOTO