Azadsöz.az xəbər verir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilir.
Bunu “Report”a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, təklif edilən dəyişikliyə əsasən, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə mənzil, kommunal xidmətlərdən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qayda və məbləğdə müavinət verilməsi ilə bağlı müddəa sənəddən çıxarılır.