03 May 2024 23:23

Fərqliliyimiz Uğurumuzdur

“Naigin K Tovuz Baltiya” şirkətinin qonağı Pavel Zelenka olub-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, “Naigin K Tovuz Baltiya” MMC -nin növbəti  qonağı  Çexiya Ticarət Nümayəndəliyinin rəhbəri  Pavel Zelenka və  xanım assistenti  Ülkər Mirzəzadə olub.Görüşdə “Tovuz Retail” şirkətinin icraçı direktoru Günel Məmmədhəsənova və  Çexiya Ticarət Nümayəndəliyinin rəhbəri  Pavel Zelenka  arasında iki tərəfli əməkdaşlıq, mövcud olan əlaqələrin gücləndirilməsi və əməkdaşlığın daha geniş sahələri əhatə etməsi barəsində fikir mübadiləsi aparılıb.Azərbaycan Respublikasının və Çexiya Respublikasının sahibkarları arasında böyük iş birliyinin yüksək potensiala malik olması vurğulanıb.

Görüş əsasında “Tovuz Retail” şirkətinin əməkdaşları tərəfindən məhsullar haqqında təqdimat prezentasiyası keçirilib, şərabların xüsusiyətləri və hazırlanma qaydası haqqında ətraflı məlumat verilib.

Qonaqlara həmçinin Tovuz Nar Evi-nin Şourumu haqqında  danışılıb.Bununla  yanaşı, Tovuz məhsullarının müxtəlif sərgilərdə qazandığı qızıl medalları və diplomları nümayiş edilib.

Görüşün  sonunda  qonaqlarla xatirə fotosu çəkilib. “Naigin K Tovuz Baltiya” MMC -nin icraçı direktoru Günel Məmmədhəsənova qonaqlara işlərində uğurlar və müvvəfəqiyyətlər arzulayıb.

Bir 3 kişi, oturan insanlar ve iç mekan görseli olabilir

Bir 2 kişi ve iç mekan görseli olabilir

Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir