Azadsöz.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir ki, xidmət keyfiyyətini artırmaq və operativliyi təmin etmək üçün sosial sığorta və fərdi uçot, o cümlədən sosial sığorta ödəmələri ilə bağlı – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; müavinət, hamiləlik və doğuma görə müavinət; 3 yaşınadək uşağa qulluğa görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; dəfn üçün müavinət – suallar olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının (012) 562-20-11 “Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq və yaxud Filialın mssfui-dsmf@sosial.gov.az elektron poçt ünvanına məktubla müraciət etmək mümkündür.