Azadsöz.az xəbər verir ki, Sumqayıtın məişət tullantıları poliqonu növbəti dəfə yanır.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, dəfələrlə tənqid olunmağına baxmayaraq, poliqona cavabdeh yerli idarəetmə orqanları məsuliyyətsiz davranır.
Sakinlər qeyd edib ki, illərdir Sumqayıtın əsas problemi ilə bağlı konkret, praktik addım atılmır və tullantıların utilizasiyası zavodunun tikinti layihəsi isə kağız üzərində qalmaqdadır.