05 May 2024 04:02

Fərqliliyimiz Uğurumuzdur

İmtahanların nəticəsi açıqlandı

Azadsöz.az xəbər verir ki, ötən gün keçirilən imtahanların nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan nəticələri saat 21:30-dan etibarən Mərkəzin saytına yerləşdirilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrəkeçirilən aşağıdakı imtahanların nəticələri elan edilib.

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən linkdən (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58) öyrənə bilərlər.

4. İyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə nəticələrini bu linkdən (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) öyrənə bilərlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11553 nəfərdən 2769 nəfər imtahana gəlməyib. 3 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.