18 May 2024 11:24

General-mayor Hikmət Həsənov vəzifəsindən azad edildi

Azadsöz.az xəbər verir ki, Azərbaycanın 1-ci ordu korpusunun komandiri general-mayor Hikmət Həsənov vəzifəsindən azad olunub.

Bununla bağlı Müdafiə naziri general – polkovnik Zakir Həsənov əmr imzalayıb.

Nazirin digər əmri ilə polkovnik Qiyas Abbasov 1-ci ordu korpusunun komandiri təyin edilib. O, bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb. Qiyas Abbasov prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki,  Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevə müavin təyin edilib.