Azadsöz.az xəbər verir ki, bu gün şəhid polkovnik-leytenant Vidadi Xəlilovun doğum günüdür.Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub.1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.
İkinci Qarabağ döyüşlərində şücaəti və əzmkarlığı seçilən Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində bir daha özünü sübut etdi.Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Vidadi Xəlilov 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq, şəhadətinə qovuşub.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi, Şəhid Polkovnik-leytenantın hərbiçi yoldaşları, N saylı hərbi hissənin rəhbərliyi, əsgərlər,rayon ictimaiyyəti və gənclər tərəfindən rayonda noyabrın 1-də Şəhidlər Xiyabanınında dəfn olunan polkovnik-leytenantımız bu gün tək Göyçaylılar üçün yox bütöv Azərbaycanın qürur mənbəyidir.
Xatırladaq ki, Vidadi Xəlilov vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün prezident İlham Əliyevin 15.12.2020, 30.12.2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” , “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Bununla yanaşı Azərbaycan Ordusunun polkovnik-leytenantı Vidadi Xəlilov Cəbrayılın,Qubadlının, Laçının azad olunmasında göstərdiyi qəhrəmanlığına,şücaətinə görə prezident İlham Əliyevin 24.12.2020 ( “Cəbrayılın azad olunmasına görə” ); 29.12.2020 ( “Qubadlının azad olunmasına görə”) ; 29.12.2020 (“Laçının azad olunmasına görə”)- ci il tarixli sərəncamına əsasən, medallarla təltif olunub.