04 May 2024 01:58

Fərqliliyimiz Uğurumuzdur

Şuşada döyüş sursatları aşkar edilib-FOTO

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadsöz.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisində 30 ədəd müxtəlif növ qumbara, 10 ədəd qumbaraatan mərmisi, 30 ədəd UZRQM partladıcısı, 1441 ədəd müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd  edək  ki, işğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

 

Şuşada döyüş sursatları tapıldı