Azadsöz.az xəbər verir ki, bu gün görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmış əməkdar artist Əzizağa Qasımovun doğum günüdür.
Əzizağa (Ağababa) Qasım oğlu Qasımov 5 iyul 1928-ci ildə Bakı şəhərində anadan olub.Əsil adı Ağababa idi,lakin oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.1936-cı ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinifinə gedib.Yeddici sinifi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləyib,həmçini 4 saylı sənət məktəbində oxuyub.1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub.Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlayıb.Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib.Tələbə ola-ola Akademik teatrın yardım heyətində çıxış edib,Xalq artisti bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib (1950-1953)
Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov Bakı Sənaye-Pedaqoji Texnikumunu (indi ki Bakı Sənaye-Pedaqoji Kolleci) bitirən ili sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib.Buranı uğurlu başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indi ki Bakı Musiqi Akademiyası) qəbul edilib.1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indi ki Azərbaycan Dövlət Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edirdi.İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olundu və ömrünün sonuna kimi bu kollektivlə çalışdı.Teatrda çalışdığı üçün təhsilini yarımcıq qoyub.Ə.Qasımov teatrda çalışa-çalışa bir müddət Əbilov adına klubda dram dərnəyinə rəhbərlik edib.
Əzizağa Qasımovun səs tembiri bariton idi,cingiltili və gur ahəngi ilə seçilirdi.Nəfəsi geniş,ləhcəsi aydın və ifadəli dinlənilirdi.O uzun illər bu teatrda həm mürəkkəb partiyaları oxuyub,həm də xarakterik rollar ifa edib.Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.Azərbaycanfilmin istehsalı olan “Ulduz”(Əliş) “Musiqi müəllimi” (Coğrafiya müəllimi) “Qara qız”(Bəy) ekran əsərlərində kiçik rollara çəkilib. 1982-ci ildə Azərbaycan SSR-nin Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Əzizağa Qasımov 1985-ci il 18 fevralda Bakıda vəfat edib.