Azadsöz.az xəbər verir ki, bu gün Qaxda baş verən silahlı insident zamanı Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmov güllələnib.
Hadisə Qax rayonunun Çüdüllü kəndi ərazisində baş verib. Məlumata görə, polis əməkdaşı ov tüfəngi ilə vurulub.
Nəticədə o, əlindən yaralanıb. Hazırda həmin ərazidə əməliyyat keçirilir.
Bildirilir ki, hadisə polislə qarşı tərəf arasında şəxsi münasibətlər zəmnində baş verib.