06 May 2024 09:42

Fərqliliyimiz Uğurumuzdur

Avropa çempionatının kuboku Bakıya gətiriləcək-TARİX

Azadsöz.az  xəbər verir  ki, futbol üzrə Avropa çempionatının kuboku Bakıya gətiriləcək.Qeyd olunur ki, kubok yarışların keçiriləcəyi şəhərlər üzrə tur çərçivəsində mayın 7-8-də Bakıda nümayiş etdiriləcək.

Kubok daha sonra Bakıdan Kopenhagenə yola düşəcək.

Qeyd edək ki, Avro-2020 çərçivəsində Bakıda qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı keçiriləcək.

Yarımfinal və final matçları Londonda baş tutacaq.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.