Azadsöz.az xəbər verir ki, koronavirusa yoluxan Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.
Bunu xalq artistinin oğlu Rövşən Quliyev deyib.
O, bildirib ki,atasının səhhətində heç bir dəyişiklik yoxdur: “Hələ də atam, reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qalır. Süni tənəffüs aparatına qoşulub. Tezliklə sağalmasını ümid edirik”.
Xatırladaq ki, Arif Quliyev “Yeni klinika”da müalicəsini davam etdirir.