18 May 2024 23:13

DİN-dən valideynlərə MÜRACİƏT

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: 

“Övladlarınızın internetdə təhlükəsizliyini təmin etmək üçün yalnız sizin nəzarətiniz altında internetdən istifadəsinə icazə verin. Uşaqlarınızın internetdə oynadıqları oyunlar haqda məlumatlı olun.

Şifrə olaraq, mürəkkəb şifrə seçməkdə uşaqlara yaxından kömək edin”.