18 May 2024 15:21

Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi – FOTO

Azadsöz.az  xəbər  verir  ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə polisinin rəisi, general-mayor Teymur Hacıyevə köməkçi təyin edib. Nazirin əmri ilə polis polkovnik-leytenantı Füzuli Şıxıyev Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə F. Şıxıyev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin Şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib./qafqazinfo/