06 May 2024 02:53

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda qardaş qardaşı bıçaqladı

Azadsöz.az  xəbər  verir  ki, Göyçayda bıçaqlanma hadisəsi qeydə  alınıb.Hadisə  ötən  gün saat  21:00-da rayonun İkinci Ərəbcəbirli kəndində baş verib.

Kənd sakini, 1974-cü il təvəllüdlü Soltanov Natiq Mövsüm oğlu aralarında yaranan münaqişə zəminində qardaşı, 1981-ci il təvəllüdlü Soltanov Ramin Mövsüm oğluna bıçaqla xəsarət yetirib.Yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır  qiymətləndirilir.

Natiq Soltanov polis əməkdaşlar tərəfindən saxlanılıb.

Faktla  bağlı  araşdırma  aparılır.