06 May 2024 02:10

Fərqliliyimiz Uğurumuzdur

Rəmiş “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) sabah dəfn olunacaq.

Bu barədə Rəmişin ailəsindən məlumat verilib.

Bildirilib ki, Rəmiş Yasamal (“Qurd qapısı”) qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, R.Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.