Azadsöz.az xəbər verir ki, 11 sentyabr tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev mərkəzinin qarşısına növbəti dəfə dekorativ gül əkilməsi işlərinə başlanıb.
Əkilməsi nəzərdə tutulan dekorativ gülün yeri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.Daha sonra əkilməsi həyata keçirilib.
Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, mərkəzin qarşısına yenidən 130 ədəd xrizantema dekorativ gülü əkilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov