23 Noyabr 2024 12:36

Sumqayıt sakinlərinə nəzərinə Bakıdan yeni marşrut xətti AÇILIR

Azadsöz.az xəbər verir ki, Bakıdan Sumqayıt şəhərinə yola düşmək istəyən vətəndaşlar paytaxtın müxtəlif ərazilərindən həmin istiqamətdə fəaliyyət göstərən avtobus marşrutlarından istifadə edə bilərlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən  bildirilib ki, Sumqayıt şəhərinə daha tez çatmaq üçün vətəndaşlar “Avtovağzal” metrostansiyasından “Neoplan” avtobusların fəaliyyət göstərdiyi 595 nömrəli ekspres marşrut xətti, habelə Saray qəsəbəsindən keçməklə 503 nömrəli müntəzəm marşrut xətti ilə gedə bilərlər. Bakı-Sumqayıt şosesində yaradılan xüsusi hərəkət zolağı isə sərnişinlərin rahat və sürətli daşınmasını təmin edir.

“Bu həftənin sonundan etibarən isə Sumqayıta metronun “Azadlıq prospekti” stansiyasından da yola düşmək mümkün olacaq. Belə ki, “Azadlıq prospekti” stansiyasını Sumqayıt şəhərinin Sülh küçəsi ilə əlaqələndirən 123 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 15 avtobus sərnişinlərə xidmət göstərəcək. Eyni zamanda metronun “20 Yanvar” stansiyasının yaxınlığından və “Şamaxinka” adlanan ərazidən Xırdalan şəhəri və Masazır qəsəbəsinə müntəzəm avtobus marşrutları fəaliyyət göstərirlər. Bu ərazidən keçməklə Xırdalana 119 və 135, Masazıra isə 525 nömrəli marşrutlar hərəkət edir”, – deyə AYNA-dan verilən məlumatda bildirilir.

Qeyd edək ki, Bakı şəhərindən Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərinə müntəzəm avtobus marşrutları ilə gündəlik təqribən 80 minə yaxın sərnişin daşınır. Hazırda Bakı şəhərinin istənilən ərazisindən avtobus və metro vasitəsilə “Avtovağzal” stansiyasına və Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzinə (HUB) getmək mümkündür. HUB-dan Bakı və Sumqayıt şəhəri və Abşeron rayonunun müxtəlif istiqamətlərinə 27 marşrut üzrə 260-dan çox avtobusla sərnişin daşımaları həyata keçirilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul