23 Noyabr 2024 12:41

Göyçayda atasını döyərək öldürən şəxsin cinayət işi üzrə istintaq tamamlanıb

Cari il aprelin 29-da Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Göyçay rayon prokurorluğundan “Azadsöz.az”a verilən məlumata görə, istintaqla 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Kamal Əhmədova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri nəticəsində cinayət əməli törədilən zaman Kamal Əhmədovun anlaqsız vəziyyətdə olması, habelə cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etməsi müəyyən edildiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

İş üzrə istintaq tamamlanaraq Kamal Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul