Azadsöz.az xəbər verir ki, Türkiyəli məşhur aktrisa Özgə Gürəl Azərbaycan filmi “44”də baş rolda çəkiləcək.
Aktrisa Azərbaycanın zəfəri ilə yekunlaşan 44 günlük Vətən Müharibəsindən bəhs edən ekran işində “Zeynəb” adlı həkimə həyat verəcək. O, aktyor İbrahim Çingizin tərəf müqabili olacaq.
Qeyd edək ki, Özgə son olaraq “Sipahi” serialında rol alıb.