Azadsöz.az xəbər verir ki, Göyçayda zəhərlənmə şübhəsi olan ailənin üzvləri ilkin tibbi müdaxilədən sonra xəstəxanadan evə buraxılıb.
Göyçay Rayon Mərkəzi Xəstəxanasından “Azadsöz.az”a bildirilib ki, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilmiş vətəndaşlara alimentar və allergik qastrit diaqnozu qoyulub. İlkin tibbi müdaxilədən sonra 34 yaşlı Malikə Əhmədova, 66 yaşlı Sədaqət Əhmədova, 10 yaşlı Turan Əhədov və 6 yaşlı Zarina Əhmədzadə evə buraxılıb.
****
20:22
Azadsöz.az xəbər verir ki, rayonun Xəlitli kəndində yaşayan bir ailənin 4 üzvü zəhərləndiklərini güman edərək Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Vətəndaşlara ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir.
İlkin məlumata görə, ailə üzvlərinin lavaşdan zəhərləndikləri bildirilir.