16 Sentyabr 2024 22:58

Taleh Babayev vəzifəsindən azad edildi-FOTO

“Azadsöz.az” Qaynarinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi polkovnik Taleh Babayev vəzifəsindən azad edilib.

Bununla bağlı nazir, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Taleh Babayev Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunub.

Qeyd edək ki, T.Babayev bir müddət əvvəl vəzifəsindən azad edilən Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyevin yerinə gətirilib.