16 Sentyabr 2024 22:52

Daha üç marşrut avtobusunun hərəkət cədvəli dəyişdirildi

Azadsöz.az xəbər verir ki, sentyabrın 6-dan 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, yollarda aparılan təmir işləri ilə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ramiz Quliyev, Cavanşir, Ceyhun Həsənov, Aşıq Ələsgər və Vunqtau küçələri, eləcə də Gəncə prospekti ilə təşkil ediləcək.