Azadsöz.az xəbər verir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
Qeyd edilib ki, 19:00-a qədər, yəni səsvermə yekunlaşan saata qədər 2 milyon 196 min 771 nəfər səsvermə hüququndan istifadə edib. 5895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.
Qeyd edək ki, bu gün Azərbaycanda ərazisində formalaşdırılmış 125 seçki dairəsinin ərazisində Milli Məclisə növbədənkənar seçkilər keçirilib.
Parlament seçkiləri üçün sentyabrın 1-i səhər saat 8:00-da açılan seçki məntəqələri 19:00-da bağlanıb. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.