16 Sentyabr 2024 22:49

Cəlilabadda talvar və ot bağlaması yanıb

Azadsöz.az  xəbər  verir  ki, rayonun Gülməmmədli kəndində yanğın hadisəsi  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Cəlilabad Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 20 ton ot bağlamasının 8 tonu və bitişik tövlənin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Ot bağlamalarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.