16 Sentyabr 2024 22:58

Göyçayda maşın dərəyə aşdı-Sürücü xəsarət aldı

Azadsöz.az  xəbər  verir  ki, hadisə bu gün səhər saatlarında Göyçayın  Potu  kəndi  yaxınlığında baş  verib.

Rayon sakini, 1998-ci il  təvəllüdlü, Zülfüqarov Elşən Hidayət oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili  ilə hərəkətdə olarkən idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza  zamanı E.Zülfüqarov  müxtəlif dərəcəli xəsarətlər alıb.Hadisə yerinə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. O, təcili tibbi yardım avtomobili ilə Göyçay  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla  bağlı  araşdırma  aparılır.

Səbuhi  Eltonlu