DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Azadsöz.az”a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Mübariz Mikayılov, Tofik Aslanov və Bəhruz Hacıbalayev saxlanılıblar. Onlardan kultivasiya yolu ilə yetişdirdikləri 91 ədəd çətənə kolu və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M. Mikayılov və T.Aslanovun barəsində həbs, B.Hacıbalayevin barəsində isə digər növdən olan qətimkan tədbiri seçilib.