Azadsoz.az xəbər verir ki, yanğın hadisəsi rayonunun Qızılkənd kəndində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İmişli Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Belə ki, ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları 40 m² sahədə və qamışdan ibarət dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.