Azadsöz.az xəbər verir ki, respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovun deputatlığa namizədliyi qeydə alınıb.
Bu barədə İlqar Məmmədov sosial şəbəkədə məlumat verib.
Bildirib ki, o, 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyini irəli sürüb:
“Partiyamızın namizədləri arasında tələb olunan imzaları və digər sənədləri dairə seçki komissiyasına sonuncu olaraq mən versəm də, bugün dairə seçki komissiyası namizədliyimi qeydə aldı. Daha iki nəfərin qərarını gözləyirik, bununla da Respublikaçı Alternativ üçün qeydiyyat mərhələsi tamamlanacaq” deyə qeyd edib.