23 Noyabr 2024 18:29

Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi

Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti 5 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək.

İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi.

Ankara escort İstanbul Travesti Shemale İstanbul