23 Noyabr 2024 14:35

Satdığı qrildən qurd çıxan obyekt bağlandı – FOTO

Azadsöz.az xəbər verir ki, media vasitələrində yayılmış video görüntülər əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsədova İlhamə Zəkaray qızına məxsus “Təndir N1” iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat  yayıb.

Baxış zamanı qida obyektində bişmiş yeməklərin çiy toyuq və ət məhsulları ilə birgə saxlandığı, dondurulmuş ət məhsullarının donunun açılması (defrostasiya) proseduru üçün sahənin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, emal və anbar sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinə arayışlarının qanunvericiliyə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Həmçinin ümumi çəkisi 6.6 kq olan subməhsulun (ağ ciyər və qara ciyər) minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər təqdim edilməyib.

Aşkarlanmış nöqsanlarla əlaqədar qanunverciliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul