Azadsöz.az xəbər verir ki, Aşura günü ilə əlaqədar 16 iyul tarixində Göyçay Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Göyçay Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Göyçay “Əbülfəzlil Abbas” məscidində qanvermə aksiyası təşkil olunub.
Aksiyada Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Aksiya zamanı əvvəlcədən həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Qeyd edək ki, qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.Ümumilikdə qanvermə aksiyası zamanı 120 nəfər rayon sakini qan verib.
Səbuhi Eltonlu