Azadsöz.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən peşə məktəbinin yataqxanası, hazırda Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı 2 mərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb. Belə ki, sözügedən yataqxanada olan otaqların birində anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yataqxananın qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.