23 Oktyabr 2024 15:00

Bakı-İstanbul reysi geri qayıtdı

Azadsöz.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib.
 
Təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. 

Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.

404 Not Found

404

Not Found

The resource requested could not be found on this server!