08 Sentyabr 2024 03:52

“Bir ovuc dollar” filmin yeni versiyası çəkiləcək

Azadsöz.az xəbər verir ki, ABŞ-də məşhur “Bir ovuc dollar” versternini yenidən çəkməyi planlaşdırırlar. Remeyk Hollivud və İtaliyadan olan kino veteranları tərəfindən hazırlanacaq.

Orijinal film 1964-cü ildə buraxılıb. Layihənin uğuru italyan vesternlərinin bütöv bir nəsli üçün başlanğıc olub.

Bundan əlavə, “Bir ovuc dollar” Klint İstvudun uğurlu karyerasının ilk parlaq filmidir.

Filmin yeni versiyası ilə bağlı hələlik heç bir təfərrüat yoxdur. Vesternin italyan, yoxsa ingilis dilində çəkiləcəyi də bilinmir.