21 Noyabr 2024 17:35

Cəlilabadda özünü yandıran qazi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azadsöz.az xəbər verir ki, 9 iyul tarixində Cəlilabad rayon sakini, 44 günlük Vətən müharibəsi iştirakçısı Elnur Əliyev rayon İcra Hakimiyyətinin (RİH) binasında özünü yandırıb.

Qazinin son durumu ilə bağlı  TƏBİB  açıqlama  verib.

Qurumun  açıqlamasından bildirilir ki, Elnur Əliyevə III dərəcəli termiki yanığı diaqnozu təyin edilib:

“9 iyul 2024-cü il tarixində saat 14:55 radələrində 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Bakı şəhəri “Nərimanov Tibb Mərkəzi”nin  nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona boyun, gövdənin yan səthləri və hər iki yuxarı ətrafların III dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir”.

 

 

Səbuhi  Eltonlu

İstanbul trv istanbul travestileri