20 Sentyabr 2024 10:42

Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə AŞKARLANDI

Azadsöz.az xəbər verir ki, Naxçıvanda təcridxanaya salınan şəxsin əşyalarında narkotik maddə aşkarlanıb.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.

Bildirilib ki, Nurlan Rasim oğlu Əliyev həbs olunaraq istintaq təcridxanasına qəbul edilən zaman onun üzərində tam axtarış, eləcə də ona məxsus əşyalara baxış keçirilib. Axtarış aparılarkən özünə məxsus əl çantasının içərisində olan şalvarın arxa cibində şəffaf sellofana bükülü, ağ rəngdə, toz halında, təmiz çəkisi 0,052 qram psixotrop maddə metamfetamin aşkar olunub.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com