Azadsöz.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü Zaur Şirəliyevə nəqliyyat vasitəsinin işıq cihazları nasaz olduğu üçün “saxla” işarəsi verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sənədləri yoxlanılarkən Z.Şirəliyevin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Z.Şirəliyev 15 sutka inzibati qaydada həbs edilib.