23 Noyabr 2024 13:02

Aİ-92 markalı benzinin standartlarının yüksəlməsi Azərbaycanın “yaşıl” gələcəyinə mühüm investisiyadır

Azadsöz.az xəbər verir ki, son illərdə Azərbaycan özünün neft emalı sənayesinin modernizasiyası üzrə tədbirləri fəal şəkildə həyata keçirir ki, “yaşıl” keçidə doğru qlobal səylər kontekstində xüsusən vacibdir. Lakin bu səylərə baxmayaraq, Aİ-92 markalı benzin və dizel yanacağı bazarda üstünlük təşkil etməkdə davam edir ki, bu da ölkənin ekolojiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə ləngidir. İstehlakçıları daha ekoloji yanacaq növlərinə keçid etməkdən çəkindirən əsas amillərdən biri də Aİ-92 markalı benzinin nisbətən aşağı keyfiyyəti səbəbindən qiymətinin əlçatan olmasıdır.

Aİ-92 markalı benzin və dizel yanacağının istifadəsi ətraf mühitə ciddi mənfi təsir göstərir. Bu yanacaq növləri yandırıldıqda azot oksidləri (NOx), karbohidrogenlər (HC) və bərk xırda hissəciklər (PM) kimi çoxlu miqdarda zərərli maddələr buraxır ki, bu da havanın çirklənməsinə səbəb olur və əhalinin sağlamlığına mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, havanın çirklənməsi hər il 4 milyondan çox insanın erkən ölümünə səbəb olur. Xüsusən dizel yanacağı ağciyərlərə və hətta qan axınına dərindən nüfuz edərək, ürək-damar və tənəffüs yolu xəstəliklərinə səbəb olan bərk xırda hissəciklərin əsas mənbəyidir.

Eyni zamanda, Aİ-95 markalı benzin Aİ-92 ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Onun tərkibində qarışıqlar daha azdır və oktan sayı daha yüksəkdir ki, bu da yanacağın daha tam və səmərəli yanmasına kömək edir. Bu isə öz növbəsində atmosferə buraxılan zərərli tullantıların azalmasına səbəb olur. Tədqiqatlar göstərir ki, Aİ-95 benzininin istifadəsi Aİ-92 ilə müqayisədə karbon qazı (CO2) emissiyalarını 10-15 faiz, həmçinin, NOx və HC emissiyalarını 5-10 faiz azalda bilər.

Qeyd etmək lazımdır ki, 2024-cü il iyunun sonunadək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Avro-5 ekoloji standartına uyğun avtomobil benzini istehsalına başlayacaq ki, bu da yanacağın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımdır. Zavod artıq 2023-cü ilin may ayında Avro-5 standartına uyğun dizel yanacağının istehsalına başlayıb. Daha yüksək ekoloji standartlara bu keçid zərərli maddələrin emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

Bununla yanaşı, Aİ-92 markalı benzinin keyfiyyətinin və qiymətinin artırılması ekoloji vəziyyəti yaxşılaşdırmaq və avtomobil yanacağından istifadənin səmərəliliyini artırmaq istəyən bir çox ölkələr üçün aktual mövzudur.

Almaniya yanacağın keyfiyyətinin yaxşılaşdırılması üzrə proqramları aktiv şəkildə həyata keçirən ilk Avropa ölkələrindən biridir. Avropa standartları çərçivəsində Almaniyada benzin artəq çoxdan yüksək oktanlı yanacaq növlərindən istifadəni nəzərdə tutan Avro-5 və Avro-6 standartlarına uyğundur. 2011-ci ildə Almaniya tərkibində karbon dioksid emissiyalarını azaldan 10% bioetanol olan E10 benzinini fəal şəkildə təşviq etməyə başladı.

ABŞ-də də benzinin keyfiyyətinin yaxşılaşdırılması və aşağı oktanlı yanacaqlardan imtina prosesi inkişaf edib. 2007-ci ildə ABŞ Konqresi bioyanacaqdan istifadəni təşviq edən Bərpa olunan yanacaq növləri haqqında Qanun (Renewable Fuel Standard) qəbul etdi. Yaponiya yüksək oktanlı benzin növlərinin istifadəsini fəal şəkildə təşviq edir. Ölkədə uzun müddətdir ki, oktan dərəcəsi 95-dən aşağı olan benzindən istifadə olunmur. Yaponiya karbon emissiyalarını azaltmaq strategiyası çərçivəsində həmçinin hibrid və elektromobil texnologiyalarını inkişaf etdirir.

Çin dünyada avtomobil yanacağının ən böyük istehlakçılarından biridir. Son illərdə ölkə yanacağın keyfiyyətini yaxşılaşdırmaqla zərərli emissiyaların azaldılması istiqamətində aktiv şəkildə çalışır. 2017-ci ildə Çin Avropanın Avro 5 və Avro 6 standartlarına ekvivalent olan yeni yanacaq keyfiyyət standartlarını tətbiq etdi.

Bu nümunələr müxtəlif ölkələrin benzinin keyfiyyətinin yaxşılaşdırılması və aşağı oktanlı yanacaq növlərindən imtina məsələlərinə necə yanaşdığını göstərir. Bunlar həm qanunvericilik tədbirləri, həm də ekoloji vəziyyətin yaxşılaşdırılmasına və avtomobil yanacağından istifadənin səmərəliliyinin artırılmasına yönəlmiş bazar stimullarıdır.

Əlbəttə, ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlər də yanacaq bazarlarına təsir göstərir. Beləliklə, “Fitch Solutions” yaxın illərdə benzin qiymətlərinə cüzi artırıcı təzyiqin olacağını proqnozlaşdırır. Bu, yüksək keyfiyyət standartları və ekoloji normalarla əlaqədar xərclərin artrması ilə izah olunur. Lakin bu təsir yanacaq səmərəliliyi sahəsində irəliləyiş və elektrik avtomobillərinə tədricən keçidlə yumşalacaq ki, bu da ümumi tələb artımını ləngidə bilər.

“BMI Research” benzinin qiymətlərinin bölgədən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənəcəyini vurğulayır. İnkişaf etmiş bazarlarda ciddi ekoloji normalar və daha yüksək istehsal xərcləri səbəbindən daha yüksək qiymətlər müşahidə oluna bilər, inkişaf etməkdə olan bazarlarda isədaha ləng qiymət artımı müşahidə oluna bilər, belə ki, bu iqtisadi artımı yanacağın əlçatanlığı ilə balanslaşdırır.

Beləliklə, benzinin qiymətinin dünya üzrə nisbətən sabit qalacağı gözlənilsə də, regional fərqlər və konkret bazar şərtləri qiymət tendensiyalarının dəyişməsi ilə nəticələnəcək. Əsas amillərə xam neft qiymətləri, qanunvericilikdə dəyişikliklər, texnoloji nailiyyətlər və alternativ enerji mənbələrinə davam edən keçid daxildir.

Hazırda dünyada elektromobillərə keçid prosesi sürətlənir ki, bu da ekoloji cəhətdən təmiz yanacağa keçidin mühüm elementidir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) gözləntilərinə əsasən, 2024-cü ildə dünyada elektromobil satışları 17 milyon ədəd ola bilər, 2023-cü ildə isə dünyada 14 milyon elektromobil satılıb (2022-ci illə müqayisədə 35 faiz artım).

“2020-ci ilə qədər Çin yollarında hər üçüncü avtomobil, ABŞ və Aİ-də isə hər beşinci avtomobil elektriklə işləyəcək”, – IEA belə hesab edir.

Qeyd olunur ki, rəqabət və innovasiyalar dünyada elektromobillərin qiymətinin ucuzlaşmasına səbəb olacaq ki, onların satışlarını artıracaq. Elektromobillər üçün enerji doldurma cihazlarına gəlincə, 2023-cü ildə dünyada onların istehsalı 2022-ci illə müqayisədə 40 faiz artıb, IEA-nın proqnozlarına görə isə 2035-ci ilədək dünyada 2023-cü illə müqayisədə altı dəfə çox enerji doldurma stansiyaları olacaq.

Azərbaycanda bir neçə ildir ki, ətraf mühitə zərər verməyən, yəni elektrik ötürücülü və ya hibrid mühərrikli avtomobillərdən istifadənin təşviqi istiqamətində tədbirlər həyata keçirilir. Bu cür avtomobillərə, eləcə də, onlar üçün enerji doldurma cihazlarına vergi və gömrük güzəştləri şamil olunur. Bu, ölkəyə bu cür avtomobillərin idxalının artmasına səbəb olub və olacaq.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, cari ilin yanvar-aprel aylarında elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı ötən ilin müvafiq dövründəki 568 ədədlə müqayisədə 1012 ədəd təşkil edib ki, bu da 1,8 dəfə artım deməkdir.

Hibrid avtomobillərin idxalı ötən ilin eyni dövründəki 4474 ədədlə müqayisədə 14 faizdən çox artım nümayiş etdirərək 5111 ədəd olub. 2023-cü ilin yekunlarına görə, hibrid avtomobillərin və elektromobillərin idxalı müvafiq olaraq 3102 və 14098 ədəd təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəmlər 486 və 11337 ədəd olub.

Bu müsbət tendensiya davam edərsə, yaxın illərdə ölkənin nəqliyyat parkında elektromobillərin payı əhəmiyyətli dərəcədə artacaq.

Elektromobillərin sayının artmasına paralel olaraq daha çox enerji doldurma stansiyaları yaradılır.

Prezident İlham Əliyev bu ilin martında elektromobillərdən istifadənin təşviqi ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, “Azərişıq” ASC bu istiqamətdə işləri davam etdirir. COP29 paytaxtda və ölkənin bölgələrində sabit elektrik enerjisi ilə təmin olunan enerji doldurma məntəqələrinin zəruri infrastrukturu yaradılır.

Enerji doldurma stansiyaları “yaşıl” enerji ilə işləyir. “Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək quraşdırılmış gücə və sürətə malik, qısa müddət ərzində elektromobilləri sabit cərəyanla keyfiyyətli elektrik enerjisi ilə doldurur.

Bu ilin mart-may aylarında paytaxt ərazisində “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, “İçərişəhər” yarımstansiyasında, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 110/35 kV-luq “Sea Breeze-1” yarımstansiyasında, Qala-Mərdəkan yolu üzərində yerləşən ticarət müəssisəsinin ərazisində quraşdırma işləri başa çatıb.

Regionlardan Qəbələdə 110/35/10 kV-luq “Hacıalılı” yarımstansiyasında, Salyanda Ələt-Astara yolunun 71-ci kilometrliyində, Qarabağ və Şərqi Zəngəzurda isə 6 ərazidə – Zəngilan və Cəbrayıl elektrik şəbəkələrinin rəqəmsal idarəetmə mərkəzlərində, “Xocalı” və “Şuşa-1” yarımstansiyalarında, “Füzuli” rəqəmsal yarımstansiyasında, həmçinin “Hadrut” qovşaq yarımstansiyasında məntəqələr quraşdırılıb. Proses bundan sonra da həm paytaxtda, həm də bölgələrdə davam etdiriləcək.

2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmiş Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı istiqamətində ciddi addımlar atılır. “Yaşıl” enerji zonasına çevriləcək Qarabağ və Şərqi Zəngəzurda enerji doldurma stansiyalarının quraşdırılması bu layihələrin davamıdır. Alternativ enerji mənbələrindən istifadə və elektromobillərə marağın daima artması Azərbaycanın, xüsusən də Qarabağ və Şərqi Zəngəzurun ekosisteminə müsbət təsir göstərəcək.

Aİ-92 markalı benzinindən istifadə mövzusuna qayıdaraq qeyd etmək lazımdır ki, Azərbaycanda uğurlu “yaşıl” keçidi gücləndirmək üçün bu yanacaq növünün keyfiyyətini artırmaq lazımdır. Bu, Aİ-95 kimi daha təmiz yanacaq növlərinə keçidi təşviq edəcək və havanın çirklənməsini əhəmiyyətli dərəcədə azaldacaq.

29 aprel 2024-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycan benzinin qiymətinin ən münasib olduğu ölkələr sırasında yer alıb. “Global Petrol Prices” portalının məlumatına görə, Azərbaycanda benzinin qiyməti 1 litr üçün 0,588 dollar təşkil edir. Azərbaycanın Liviya, Venesuela, Misir və digər ölkələrlə yanaşı, ən ucuz benzinə malik ölkələr sırasına daxil olması yanacağın keyfiyyətinin yaxşılaşdırılması üçün bu iqtisadi imkandan istifadənin vacibliyini vurğulayır.

Digər ölkələrin nümunələri göstərir ki, yanacağın keyfiyyət standartlarının artırılması qiymətlərdə müəyyən artımlara səbəb ola bilər. Misal üçün, Almaniyada Avro 5 və Avro 6 standartlarının tətbiqi benzinin qiymətinin artması ilə müşayiət olundu, lakin bu həm də ekoloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək etdi. Norveç və İsveçdə analoji tədbirlər qiymətlərin artmasına səbəb oldu, lakin həm də zərərli emissiyaların azalması və alternativ enerji mənbələrindən istifadənin təşviqi ilə nəticələndi.

Azərbaycanda benzinin keyfiyyətinə dair daha ciddi standartların tətbiqi ilkin olaraq xərclərin artmasına səbəb olsa da, uzunmüddətli iqtisadi və ekoloji faydalarla nəticələnə bilər. Bu strateji dəyişiklik təkcə havanın keyfiyyətinin və əhalinin sağlamlığının yaxşılaşdırılmasına kömək etməyəcək, həm də daha dayanıqlı və təmiz enerji mənbələrinə keçidi sürətləndirəcək ki, bu da karbon emissiyalarının azaldılması üzrə qlobal tendensiya və öhdəliklərə uyğundur.

Ankara escort İstanbul Travesti Shemale İstanbul